Bakıda 20 yaşlı Ağamirzəyeva Günay itkin düşüb.Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsindən ANS TV-yə verilən məlumata görə, 20 yaşlı Ağamirzəyeva Günay ayaz qızı 25 aprel 2015-ci il tarixdə kirayədə yaşadığı Mehdiabad qəsəbəsi, Təbriz küçəsi 23-dən çıxıb və bir daha geri qayıtmayıb.Ağamirzəyeva Günay Ayaz qızının əlamətləri belədir: boyu 161sm-r, gözlərinin rəngi qara, orta bədən quruluşlu, saçları qara, uzundur.Evdən çıxarkən əynində qara şalvar, qara rəngli isti qış koftası və ayağında sarı rəngli başmaq olub.Odur ki, Ağamirzəyeva Günay Ayaz qızını görənlərdən və ya onun barəsində hər hansə məlumatı olanlardan 012-343-02-02 şəhər və 070-388-02-02 və 050-494-22-22 mobil nömrələrinə zəng etmələri xahiş olunur.