Qobustan rayonunda mənzildə partlayışı baş verib.AZXEBER.COM-un məlumata görə, hadisə rayonun Ərəbşalvaş kəndində yerləşən evlərin birinin hamamında qazla ehtiyatsız davranma nəticəsində baş verib. Hadisə nəticəsində atasına məxsus evdə yaşayan 1993-cü il təvəllüdlü Cavadova Aynur Şahmərdan qızı ağır yanıq xəsarətləri alıb.Məlumata görə, qız kəndə təbii qazın verilişinin qısa müddətdə dayandırılmasından və sonra isə bərpasından xəbərsiz olub. Aynur Cavadova hamamdakı kustar üsulla hazırlanmış su qızdırıcısını işə salmaq istəyərkən ehtiyatsızlıq edib və qaz partlayışı baş verib.