Azərbaycanda 21 yaşlı oğlan anasına 'sms' yazan kişini doğradı

Azərbaycanda 21 yaşlı oğlan anasına
Bütün Xəbərlər
13:13 21.09.2012
2745
Gəncə şəhərində dəhşətli qətl hadisəsi törədilib. 
Şəhər Prokurorluğundan Publika.az-a verilən məlumata görə, 1990-cı il təvəllüdlü Elvin Kərimov 1968-ci il təvəllüdlü Şirin Bayramovu Göygöl rayonunun Kötəkli kəndi ərazisinə gətirib. 22 yaşlı gənc burada həmin şəxsə çoxsaylı bıçaq zərbələri vuraraq öldürüb. Daha sonra isə o Gəncə şəhərinə gəlib və burada anası Elviranı öldürmək məqsədi ilə bıçaqlayıb. Lakin qadın ölməyib.
Verilən digər məlumata görə, E.Kərimov Ş.Bayramovun onun anasına sms yazdığını görüb və hadisəni qısqanclıq zəminində törədib.
Fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR