Azərbaycanda 22 yaşlı oğlan özünü partladıb. Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə saat 15 radələrində, Z.Hacıbəyov küçəsi, döngə 2, ev 8 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1991-ci il təvəllüdlü Məmmədov Kamran Xəlil oğlu əlindəki qumbara ilə özünü partladıb. Partlayışın gücündən onun bədəni bir neçə parçaya bölünüb və ətrafa səpələnib.
İlkin məlumata görə, hadisə vaxtı K.Məmədov evdə tək olub.
Dəhşətli olayın təfərrüatları hələlik məlum deyil.