İtkin düşüdüyü güman edilən qızın qaçırıldığı məlum olub
Gəncədə itkin düşdüyü güman edilən yeniyetmə qızın qaçırıldığı müəyyən edilib. APA-nın məlumatına görə, iyunun 18-dən axtarışda olan Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü S. Mahmudovanın yeri polis əməkdaşları tərəfindən Goranboy rayon kəndlərinin birində aşkarlanıb. Məlum olub ki, yetkinlik yaşına çatmayan qız qonşusu, 24 yaşlı V. Həsənov tərəfindən Goranboy rayonuna qaçırılıb. Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.