Azərbaycanda 25 yaşlı oğlan qonşusunu amansızlıqla qətlə yetirib

Azərbaycanda 25 yaşlı oğlan qonşusunu amansızlıqla qətlə yetirib
Bütün Xəbərlər
11:00 27.08.2015
866

Bakıda qətl hadisəsi baş verib.

Səbail Rayon Prokurorluğunun müstəntiqi Cəfər Mövsümovun verdiyi məlumata görə, hadisə Badamdar yolu, ev 105 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Vüqar Tofiq oğlu Fəttayev aralarında yaranan münaqişə zəminində qonşusu Valeh Şiraz oğlu Həsənova 17 bıçaq xəsarəti yetirib.

V. Həsənov aldığı xəsarətlərdənKlinik Tibbi Mərkəzdə ölüb.

Hadisəni törədən V. Fəttayev tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR