Azərbaycanda 28 yaşlı oğlan 13 yaşlı qızı zorladı - ŞOK TƏFƏRRÜATLAR

Azərbaycanda 28 yaşlı oğlan 13 yaşlı qızı zorladı - ŞOK TƏFƏRRÜATLAR
Bütün Xəbərlər
10:04 23.08.2012
5056
Ucar rayon sakini 28 yaşlı E. B. ötən ilin fevral ayında Oğuz rayon sakini, 13 yaşlı F. B. ilə tanışlıq saytlarından birində tanış olublar. E. B. əvvəllər bir dəfə də görmədiyi bu qızla virtual münasibət qurub.E. B. aprel ayında bibisinin yаşаdığı Oğuz şəhəri, Q.Ağakişiyev küçəsi, 5 №-li ünvanda yerləşən evinə qonaq gəlib. O, bibisının evində qonaq olduğu zaman həmin qızla görüş təyin edib. Görüş zamanı qızı bibisinin evinə gətirib və orada qızla cinsi əlaqədə olub. O, qızla cinsi əlaqədə olandan bir gün sonra isə Bakı şəhərinə qayıdıb.E. B. bir neçə gündən sonra eyni məqsədlə Bakı şəhərindən bibisinin evinə gəlib, həmin gün nаhаr fаsiləsindən sonrа Ə. B. şəhəri gəzmək adı ilə аldаdıb, Oğuz şəhərinin yuxarı hissəsində yerləşən meşə sаhəsinə apararaq orada onu zorlayıb. 6 aydan sonra bərk ağrıları olan qızını xəstəxanaya aparan ana 13 yaşlı qızının hamilə olduğunu öyrənib.E. B. məsələdən xəbər tutandan sonra Ə. B. ilə evlənmək barədə razılıq əldə edib və qızı Bakı şəhərinə gətirib. Ə. B. azyaşlı olmasına görə, xəstəxanaya aparılmayıb.Buna görə də Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki evin həyətində ağrıdan uşağı salıb. E. B. uşağı sellofan torbaya qoyaraq aparıb basdırıb. Uşaq düşəndən sonra F. B. anası polisə şikayət edib. Onun şikayəti əsasında E. B. həbs edilib.Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə E. B. 15 il müddətinə azadlıqdan məhrum edilib.
//publika.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər