Azərbaycanda 29 yaşlı gənc başından bıçaqlandı

Azərbaycanda  29 yaşlı gənc başından bıçaqlandı
SOSİAL
10:12 17.09.2019
2629
Gəncədə bıçaqlanma olub. 

Hadisə Fikrət Əmirov küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Orucov Həsən Mehman oğlu başından bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. 29 yaşlı gəncə başın böyük çapılmış yarası diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 
///Oxu.Az-
OXŞAR XƏBƏRLƏR