Gəncədə həyətində oynayan uşağı elektrik cərəyanı vurub.
APA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Mircəlal Paşayev küçəsində baş verib. 2010-cu il təvəllüdlü Asimə Rauf qızı Ələkbərova həyətdə oynayarkən ehtiyatsızlıqdan elektrik naqilinə toxunub və ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Uşağı xilas etmək mümkün olub. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.