Azərbaycanda 3 yaşlı uşaq qaynar südlə dolu qazana düşdü

Azərbaycanda 3 yaşlı uşaq qaynar südlə dolu qazana düşdü
Bütün Xəbərlər
12:31 13.05.2014
1183
Azyaşlı ağır yanıq xəsarətləri alıb.
Bu gün gündüz saatlarında Quba rayonunun Afurca kəndində bədbəxt hadisə baş verib.
AZXEBER.COM Regional TV-yə istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü kənd sakini Zeynalov Arzum Vüsal oğlu qaynar südlə dolu qazana yıxılıb.
Nəticədə 3 yaşlı Arzum ağır yanıq xəsarətləri alıb.
O, dərhal Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralıya hər iki aşağı ətrafın, qarının ön divarının və bədənin arxa səthinin sarğı nayihələrinin 2-ci, 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra xəstə paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib.
Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR