Azərbaycanda 35 yaşlı şəxs zəhərlənmədən öldü

Azərbaycanda 35 yaşlı şəxs zəhərlənmədən öldü
Bütün Xəbərlər
09:42 20.12.2012
1056

Lənkəranın Şirinsu kəndində ölüm hadisəsi baş verib.

Ailə üzvlərininbildirdiyinə görə 35 yaşlı Səidə Şirvanova səhər saatlarında özünü pis hiss etdiyindən, evə təcili yardım çağırılıb.Ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə qadın xəstəxanaya çatdırılarkən yolda keçinib. Ölümün hansı səbəbdən baş verməsi, ailə üzvləri və yaxınları üçün müəmmalı qalıb. Ailə üzvləri Səidənin səhhətində hər hansı bir problemin olmadığını bildiriblər.Ölümün səbəbini müəyyənləşdirmək məqsədilə meyitin daxili və xarici müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Qidadan götürülən numunələr Bakıya ekspertizaya göndərilib. Zəhərlənmənin səbəbləri ekspertizanın verdiyi rəydən sonra məlum olacaq. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırmalara başlanılıb. Ailə üzvləri Səidənin axşam onlarla birgə şam zamanı pomidor turşusundan istifadə etiyini deyiblər. Mərhumun turşudan zəhərləndiyi istisna edilmir.Qeyd edək ki, mərhum Səidə Şirvanova kənd orta məktəbinin kimya - biologiya müəlimi olub. Iki qız, bir oğlu var.//Gun.az

OXŞAR XƏBƏRLƏR