Azərbaycanda 36 yaşlı qadın həyat yoldaşı tərifindən öldürüldü
Bütün Xəbərlər
17:36 27.11.2012
1069
Ötən gün saat 18:00 radələrində Xaçmazda qanlı hadisə baş verib.Xaçmaz rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Valik Vəlimətovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, 1976-cı il təvəllüdlü Məhruzə Abuzər qızı Müslümova əri - 1978-ci il təvəllüdlü Mehman Kamil oğlu Müslümov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisə qadının anası evinin qarşısında baş verib. İlkin məlumata görə, qadını bıçaqlayan Mehman Müslümovun psixoloji problemləri olub.Qadın 4 ay bundan əvvəl ərindən küsərək Xaçmazda Firdovsi küçəsi 14 ünvanında yerləşən anasının evinə gəlib. Qadını evə aparmaq istəsə də, Məhruzə Müslümova əri ilə qayıtmaq istəməyib. Aralarında yaranan mübahisə nəticəsində Mehman Müslümov qadına bıçaqla bir neçə zərbə endirib və hadisə yerindən uzaqlaşıb.Xaçmaz rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin müdiri Ağayar Quiyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Məhruzə Müslümova sol gicgah nahiyyəsinin kəsilmiş-deşilmiş yaraları, beynində daxili qanaxması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.