Azərbaycanda 4 hərbçi 26 yaşlı qadını zorlamaqda ittiham edilir

Azərbaycanda 4 hərbçi 26 yaşlı qadını zorlamaqda ittiham edilir
Bütün Xəbərlər
01:22 05.10.2011
4409

“Zabitlər Nahidə İmanovanı aldadaraq hərbi hissəyə aparıblar və ona təcavüz ediblər”

AZXEBER.COM-un məlumatına görə, Bakıda hərbçilərin törətdiyi dəhşətli əməllə bağlı “Yeni Müsavat”a məlumat daxil olub. Məlumata görə, oktyabrın 2-də dörd hərbiçi Milli Ordunun Nsaylı hərbi hissəsində bir qadını zorlayıblar. Mənbəmiz olayı müxbirimizə bu cür hekayə edib.

“Zabitlər xidmət etdikləri hərbi hissənin ”UAZ" markalı xidməti avtomaşını ilə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli” bazarına gəliblər. Onlar bazar ərazisinə toplaşan və evlərin təmizliyi ilə məşğul olan qadınlara yaxınlaşıb hərbi hissədəki otaqları təmizləməyə bir nəfər axtardıqlarını deyiblər. Daha sonra zabitlər Füzuli rayonundan məcburi köçkün 1985-ci il təvəllüdlü İmanova Nahidə Soltan qızına yaxınlaşıblar. Xidmətçi qadına iş təklif edən zabitlər ondan hərbi hissədəki otaqları neçəyə təmizləyəcəyini soruşublar. Tərəflər 30 manata razılaşıblar". Mənbənin bildirdiyinə görə, hərbçilər qadını maşına mindirərək N saylı hərbi hissəyə qayıdıblar. Sonra isə onu otağa salıb zorlayıblar. Məlumatı verən qaynağımız bildirir ki, qadın müqavimət göstərmək istəsə də onu döyüb xəsarət yetiriblər. Amma sonunda Nahidə İmanova gözü dönmüş hərbçilərin əlindən qaçaraq canını qurtara bilib. O, başına gələnləri polisə nəql edib və bundan sonra hadisənin üstü açılıb. Sonra isə iş aidiyyəti üzrə Hərbi Prokurorluğa verilib. Hazırda fakt üzrə araşdırma aparıldığı bildirilir. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Əfraim Təhməzov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu haqda onlarda bilgi yoxdu. Amma xidmət rəhbəri araşdırıb bir məlumat verəcəyini dedi. DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da xəbərə dair hər hansı bilgiyə sahib olmadıqlarını söylədi. Əldə etdiyimiz başqa bir məlumata görə isə Qaradağ Rayon Prokurorluğuna bir qadının hərbçilər tərəfindən zorlandığına dair ərizəsi daxil olub. Amma mənbə bildirdi ki, şikayət verən qadının özü yüngül həyat tərzi keçirirmiş. Hərbçilər intim xidmətinin müqabilində ona öncədən boyun olduqları pulu vermədikləri üçün həmin qadın hüquq-mühafizə orqanlarına müraciət edib ki, onu zorlayıblar. Qaradağ prokurorluğunun Araz Qasımov ad-soyadlı prokuror köməkçisi müxbirimizə deyib ki, hazırda dəftərxana bağlı olduğu üçün bu haqda dəqiq bilgi verə bilməz. Araşdırmalarımız davam edir.

OXŞAR XƏBƏRLƏR