Azərbaycanda 42 yaşlı kişi diri-diri yandı

Azərbaycanda 42 yaşlı kişi diri-diri yandı
SOSİAL
13:21 08.03.2019
6094
Qusar rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə rayon ərazisində qeyd alınıb. Belə ki, ümumi sahəsi 27 m² olan dəmir konstruksiyalardan ibarət köşkün şüşə-pambıq üzlüyü yanıb. 

Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1977-ci il təvəllüdlü Seyidov Namiq Abdulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
OXŞAR XƏBƏRLƏR