Tərtər rayon Mərkəzi Xəstəxanasının həkimi Hicran Rəhimlinin ANS PRESS-ə verdiyi məlumata görə, digər şəxslərin vəziyyətləri daha ağır olduğu üçün onlar xəstəxanada qalıblar. Həkimin sözlərinə görə, xəstəxanada qalan 7 nəfrin vəziyyətləri digərlərinə nisbətən ağır olsa da, onların həyatları üçün təhlükə yoxdur.Zəhərlənən şəxslər həkimə əsasən baş ağrısı, baş gicəllənmə, ürəkbulanma, qarın nahiyyəsində ağrılardan şikayət ediblər. Hələlik onların dəqiqliklə hansı qidadan zəhərləndikləri məlum deyil. Bunu müəyyən etmək üçün Səhiyyə Nazirliyinn mütəxəssisləri ekspertiza aparacaqlar. Faktla bağlı Tərtər rayon polis şöbəsində cinayət işi açılıb.***12.44Ötən gün Tərtərdə toy məclisində kütləvi zəhərlənmə qeydə alınıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Tərtər rayonunun Ələsgərli kəndində, kənd sakini Eldar Əliyevin keçirdiyi toy məclisindən qidadan zəhərlənmə ilə 47 nəfər xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərildikdən sonra buraxılıblar.