Azərbaycanda 4G xidməti may ayında tətbiq ediləcək
Bütün Xəbərlər
16:44 24.11.2011
1436
Azərbaycanda 4G xidmətlərinin göstərilməsinə artıq 2012-ci ilin may ayından başlanacaq.Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. «Ümid edirəm ki, gələn ilin mayından Azərbaycanda 4G texnologiyasının tətbiqinə başlanacaq və həmin telefonlarla danışmaq imkanı yaranacaq», - deyə nazir bildirib. Həmin vaxt 4G xidmətlərini hansı mobil rabitə operatorunun təqdim edəcəyinə gəlincə, nazir bildirib ki, ölkədəki hər üç operatora eyni vaxtda eyni şərait yaradılacaq. Ə.Abbasov qeyd edib ki, artıq Nazirlik bu məsələ ilə bağlı mobil rabitə şirkətlərinə tapşırıq verib və indi şirkətlər texniki araşdırmalar aparırlar: «Eyni zamanda, bu xidmətlər üçün lazım olan tezliyin tez bir zamanda ayrılmasını da Dövlət Radiotezliklər Komissiyasından xahiş etmişik».