Azərbaycanda 5 institutun adı dəyişdirildi

Azərbaycanda 5 institutun adı dəyişdirildi
Bütün Xəbərlər
13:31 22.04.2014
6488
Mərdəkan Dendrarisi - Dendrologiya İnstitutu adlandırılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının adı dəyişdirilib. Nazirlər Kabinetindən ANS PRESS-ə verilən məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən, AMEA-nın Kibernetika İnstitutu - İdarəetmə Sistemləri İnstitutu, Akademik M. Nağıyev adına Kimya Problemləri İnstitutu - Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Geologiya İnstitutu - Geologiya və Geofizika İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu - Fəlsəfə və Hüquq İnstitutu, Mərdəkan Dendrarisi - Dendrologiya İnstitutu adlandırılıb.
AMEA-ya bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qərar imzalandığı gündən qüvvəyə minir:
OXŞAR XƏBƏRLƏR