Azərbaycanda 50 yaşlı kişi yanğında öldü

Azərbaycanda 50 yaşlı kişi yanğında öldü
Bütün Xəbərlər
13:40 28.04.2014
721
Qubada 50 yaşlı kişi tüstüdən boğularaq ölüb.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytın istinadən verdiyi məlumata görə, bu gün Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan yarımtikili yanıb.
Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Kərimov Məhəmməd Rəhman oğlunun tüstüdən boğulmuş, qismən yanıq izləri ilə meyiti aşkar edilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR