Azərbaycanda 52 yaşlı qadın özünü turnikdən asdı

Azərbaycanda 52 yaşlı qadın özünü turnikdən asdı
Bütün Xəbərlər
10:50 13.09.2012
1380
Ötən gün Quba raynunun Ərməkiqışlaq kəndində 52 yaşlı qadın intihar edib. Quba rayon prokurorun köməkçisi Samir İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, kənd sakini 1960-cı il təvəllüdlü Xuraman Babayev qızı Qafarova özünü həyətlərindəki turnikdən asıb. Ailə üzvləri onun meyidi asılmış vəziyyətdə tapıblar və dərhal bu barədə saat 22:00 radələrində polisə məlumat veriblər. Ailə üzvlərinin dediklərinə görə, Xuraman Qafarova əsəb xəstəliyindən əzab çəkirmiş və bədənində tez-tez ağrılar olurmuş. Hazırda onun nevroloji xəstəxanada qeydiyyatda olub-olmaması araşdırılır. Meyit tibbi ekspertizadan keçirilərək təhvil verilib. Xuraman Qafarovanın 25 yaşlı oğlu və 20 yaşlı qızı qalıb.
OXŞAR XƏBƏRLƏR