Azərbaycanda 62 yaşlı qadının başını kəsib, sonra da yandırdılar

Azərbaycanda 62 yaşlı qadının başını kəsib, sonra da yandırdılar
Bütün Xəbərlər
01:02 19.12.2015
1156

Samuxda 62 yaşlı qadının yaşadığı mənzildə meyiti tapılıb.

AZXEBER.COM Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qarətçilər əvvəlcə qadının əl-qolunu bağlayıb, sonra isə başını kəsərək mənzili yandırıblar.

Hadisə axşam saatlarında baş verib. Alovu görən qonşular dərhal hadisə yerinə Samux Dövlət Yanğından Mühafizə Hissəsinin briqadasını çağırıblar. Hadisə yerinə cəlb olunan 2 yanğınsöndürmə briqadası alovun ətraf ərazilərə yayılmasının qarşısını ala bilib. Bundan sonra mənzildən ev sahibi 62 yaşlı Lütviyə İsmayılovanın əl-qolu bağlı vəziyyətdə yanmış meyiti tapılıb. Dərhal hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları da cəlb edilib. Zəruri istintaq araşdırmaları aparılıb.

L.İsmayılova mənzildə məktəbli nəvəsi ilə tək yaşayırmış. Hadisə vaxtı nəvəsi məşğələdə olub.

Faktla bağlı Samux rayon prokurorluğunda cinayət işi başlanıb. İlkin versiyalara görə, cinayət qarət məqsədilə törədilib. Hazırda hadisənin kim, yaxud kimlər tərəfindən törədildiyi araşdırılır.

OXŞAR XƏBƏRLƏR