ANS PRESS-in Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhərinin Nəriman Nərimanov prospekti ilə VAZ-21015 markalı avtomobillə hərəkət edən Xaçmazın Armudpadar kənd sakini, 1990-cı il təvəllüdlü Aydın Əhməd oğlu Məmmədov idarə etdiyi avtomobillə Xaçmazın Sərkərli kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Əlizaman Arzuman oğlunu vurub.Xəsarət alan Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ə. Məmmədov xəstəxanada keçinib.Artıq Xaçmaz Rayon Polis Şöbəsində faktla bağlı cinayət işi açılıb. Xaçmaz Rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, avtotexniki ekspertiza təyin olunub, qəzanın dəqiq səbəbləri araşdırılır.