Əliyev Murad Əlizadə oğlunun meyiti tapılıb.
AZXEBERCOM xəbər verir ki, Goranboydakı N saylı hərbi hissənin əsgəri olan 1997- ci il təvəllüdlü Əliyev Murad artıq bir neçə gündürkü itkin düşmüşdü. Bu barədə portalımıza onu yaxınları məlumat verib.
Onların sözlərinə görə, Murad oktyabrın 4-də hərbi hissədən yoxa çıxıb:
“Bizə deyirdilər ki, avtomatı da götürüb qaçıb. Biz bunların heç birinə inanmırıq. Əvvəl heç kimə xəbər etməyin deyildi sonra biz gözlədik. İndi isə ölüm xəbərini aldıq”.
AZXEBER.COM-un məlumatına görə, Müdafiə Nazirliyifaktı təsdiqləyib. Ölümün səbəbləri və əsgərin hərbi hissəni tərk edib-etmədiyi bəlli olmasada, hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.
