Azərbaycanda 7 yaşlı uşaq evdə diri-diri yandı - FOTO
Bütün Xəbərlər
17:30 17.09.2014
1614
Bu gün saat 15:00 radələrində Zaqatala şəhərində ölümlə nəticələnən güclü yanğın olub.Musa Qurban oğlu Musayevə məxsus, ümumi sahəsi 100 kvadratmetr olan iki mərtəbəli yaşayış evi yanmağa başalyıb.Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.Yanğın söndürüləndən sonra aparılan təhqiqat zamanı ev sahibi Musa Musayevin nəvəsi 2007-ci il təvəllüdlü Vaqif Vüqar oğlu Əliyevin yanmış meyiti aşkarlanıb.Uşağın fiziki baxımdan qüsurlu olduğu bildirilib.Faktla bağlı araşdırma aparılır.