Azərbaycanda 7 yazar AYB-dən istefa verdi - QALMAQAL

Azərbaycanda 7 yazar AYB-dən istefa verdi -  QALMAQAL
Bütün Xəbərlər
16:59 06.06.2013
1833

Tanınmış yazar Aysel Əlizadə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxıb. A. Əlizadə açıqlamasında bunu təsdiq edib: “Mən həmkarım Şərif Ağayara Yazıçılar Birliyində olan münasibətə görə bu addımı atdım”.

Gənc yazar onu da qeyd edib ki, Ş. Ağayarın Fikrət Qocanı təhqir etməsinə görə AYB üzvlüyündən çıxarılması doğru deyil: “Buna görə Şərif Ağayarı Fikrət Qocanın evinə, Fikrət Qoca olan məclisə buraxmaya bilərlər. Amma Yazıçılar Birliyi heç kəsin dədəsinin evi deyil ki, kimisə ordan çıxaralar”. Gənc yazar onu da vurğulayıb ki, özünə hörmət edən hər kəs AYB-dən çıxmalıdır: “Həm də həmin birlik bağlanmalıdır”. (Lent.az)

***

Rəbiqə Nazimqızı Azərbaycan Yazıçılar Birliyini sıralarını tərk edib.Onun Kulis.Az-a göndərdiyi məktubda deyilir: “Bu qərar yarım ildən çoxdur müzakirə olunur. O vaxt daha çox Qismətlə danışırdıq və deyirdi, gözlə, çıxmaq lazım olanda bir yerdə çıxacağıq. Mən də gözlədim. Qismət məni qabaqladı.

"Ədəbiyyat", "Ulduz", "Azərbaycan" nəşrlərində gəncləşdirmə prosesi getmədi. Gənc Ədiblər Məktəbinin növbəti yığmasına baxanda heyrətləndim. Ramil Əhmədi və Emin Pirini çıxmaqla o gənclərdə ədəbi cücərtilər yoxdur. Prezident təqaüdü siyahısında elə imzalar var ki, ümumiyyətlə, onların imzalarını ilk dəfə görürdüm. Bu barədə dəfələrlə Rəşad Məcidlə söhbətlərimiz olub. Bilirəm ki, onluq heç nə yoxdur. Ondan hər dəfə gənc imza tələb edirlər, amma zorla istedad yetişdirmək olmaz. AYB-də qrupbazlıq, dostbazlıq davam edir. AYB-yə yaxınlığı şübhə doğurmayan müsabiqələrdə mətnlərə deyil, dostluq-tanışlıq münasibətlərinə əsasən mükafatlar verilir. Bundan başqa, adamlar fikirlərinə görə ittiham olunur. Məsələn, mən demirəm, Şərif Ağayar haqlıdır, mən deyirəm, adamı fikirlərinə görə qurumdan xaric etmək olmaz. Başqa bir uyğunsuz məqam Əkrəm Əylisli ilə baş verdi. Məsələyə ilk sərt reaksiya verənlərdən biri də mən oldum. Kəskin bir yazı yazdım. Amma sonra AYB-nin məlum bəyanatını görəndə diksindim. Yazıçılar Birliyi, az qala, repressiya maşını rolunu oynayırdı, bu artıq mənim də tərəfdarı olduğum ictimai qınaq deyildi, gecikmiş, adekvat olmayan reaksiya idi. Məsələləri uzatmaq da olar, lakin buna ehtiyac görmürəm. Özümlə bağlı xüsusi narazılıq olmayıb, prezident təqaüdü almışam, ilk kitabımı AYB nəşr edib. Bir sözlə, mənə həmişə münasibət yaxşı olub. Buna görə də minnətdaram, amma məsələ tək məndə deyil axı..."

Qeyd edək ki, iki gün ərzində AYB-dən 7 nəfər istefa verib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
15:25 25.06.2025
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
15:22 25.06.2025
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"
15:15 25.06.2025
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"
Bayram günlərində güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:13 25.06.2025
Bayram günlərində güclü külək əsəcək - XƏBƏRDARLIQ
"Musiqi mənim həyatımda və bu gün səhnədə olmağımda çox böyük rol oynayıb"
14:57 25.06.2025
"Musiqi mənim həyatımda və bu gün səhnədə olmağımda çox böyük rol oynayıb"
"Diqqətli olmalıyıq"- Astroloqdan XƏBƏRDARLIQ
14:56 25.06.2025
"Diqqətli olmalıyıq"- Astroloqdan XƏBƏRDARLIQ