Azərbaycanda 72 yaşlı kişi xəstəxanada özünü doğradı

Azərbaycanda 72 yaşlı kişi xəstəxanada özünü doğradı
Bütün Xəbərlər
11:50 26.09.2013
958
Azərbaycanda xəstəxanada intihar hadisəsi baş verib.

Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə Onkoloji Dispanserdə qeydə alınıb.

Orada xərçəng xəstəliyindən müalicə olunun 72 yaşlı Fərhad Əliheydər oğlu Babayev bıçaqla qollarını doğrayıb. Çoxlu qan itirən F. Babayev dünyasını dəyişib.

İlkin məlumata görə, mərhum xəstəliyi ilə əlaqədar canına qəsd edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.//apa

OXŞAR XƏBƏRLƏR