Azərbaycanda 79 yaşlı kişi arvadını döyərək öldürüb

KRİMİNAL
11:01 28.12.2013
1727
Azərbaycanın Yevlax rayonunda dəhşətli qətl törədilib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Nemətabad kəndində qeydə alınıb. Kənd sakini, 1934-cü il təvəllüdlü Əziz Əsədov həyat yoldaşı Rəfiqə Əhmədovanı küt alətlə döyərək qətlə yetirib.

Hadisəni törədən Ə. Əsədov saxlanılıb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

OXŞAR XƏBƏRLƏR