Azərbaycanda adam oğurlayan şəxslər tutuldu - VİDEO

Azərbaycanda adam oğurlayan şəxslər tutuldu -  VİDEO
Bütün Xəbərlər
15:23 03.06.2013
3280

Zərərçəkmiş Səbuhi Əliyevin həmin şəxslərə külli miqdarda borcu olub

Azərbaycanda adam girov götürmə cinayətinin üstü açılıb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Biləsuvar rayon sakini, 32 yaşlı Səbuhi Əliyev Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng vuraraq bir qrup şəxsin onu zorla qaçırıb girov saxlaması barədə məlumat verib. Dərhal istintaq əməliyyat qrupu yaradılıb, zəngin Səbail rayonu Bünyad Sərdarov küçəsi 12, ev 44 ünvanından daxil olduğu müəyyənləşdirilib. Səbail polisinin həyata keçirdiyi təxirəsalınmaz istintaq əməliyyat tədbirləri ilə Səbuhi Əliyev girov saxlandığı evdə tapılaraq azad edilib.Bu cinayəti törətməkdə təqsirləndirilən 6 nəfər – Gürcüstan vətəndaşları - 29 yaşlı Ramil Vəliyev, 28 yaşlı Tahir Mollayev, 45 yaşlı İlqar Musayev, Mingəçevir şəhər sakini, 31 yaşlı Həbib Qarayev, Tərtər rayon sakinləri, 35 yaşlı Elnur Bayramov və 32 yaşlı Azər Cavadov tutularaq istintaqa təhvil veriliblər.Araşdırmalarla müəyyən olunub ki, zərərçəkmiş Səbuhi Əliyevin saxlanılan şəxslərə külli miqdarda borcu olub. Onlar pullarını ala bilmədikdə Səbuhi Əliyevi girov götürərək işgəncə verməyi qərara alıblar. 2013-cü il mayın 27-də axşam Səbuhi Əliyevi zorla avtomobilə mindirərək Səbail rayonundakı evə gətirən qrup üzvləri onun əl qolunu bağlayaraq başına sellofan torba keçirib işgəncə veriblər. Ertəsi gün səhər hamı yatan zaman Səbuhi Əliyev bir neçə vərəqə “məni girov saxlayırlar, polisə xəbər verin” sözlərini yazaraq pəncərədən yola atsa da, nəticəsi olmayıb. Nəhayət o, axşam saatlarında ev telefonunu taparaq gizlicə “102” xidmətinə zəng vurub.Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu