Azərbaycanda ağır qəza - Nənə və nəvəni maşınla vurub qaçdı

Azərbaycanda ağır qəza - Nənə və nəvəni maşınla vurub qaçdı
SOSİAL
11:27 01.11.2022
196
Xırdalanda nənə və nəvəsini maşın vurub.

Bu barədə AZXEBER.COM-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 31-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçən şəhər sakini Solmaz Əsədova və nəvəsi Y.Əsədov müəyyən edilməyən avtomobillə vurulub.

Nəticədə onlar xəstəxanaya yerləşdirilib, S.Əsədova orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
OXŞAR XƏBƏRLƏR