Fövqəladə Hallar Nazirliyi Qobustanda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.AZXEBER.COM-un nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Şamaxı yolunun 89-cu kilometrliyində, Qobustan rayonu ərazisində "Hyundai" markalı mikroavtobusla "Kamaz" markalı yük avtomobili toqquşub.Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Məlum olub ki, "Hyundai" markalı mikroavtobusun sürücüsü Azər Ağayev hadisə yerində ölüb, iki sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb.