Azərbaycanda ağır yol qəzası: 1 nəfər öldü

Azərbaycanda ağır yol qəzası: 1 nəfər öldü
Bütün Xəbərlər
10:12 22.06.2013
1116

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.Nazirlikdən bildirilib ki, Zaqatala rayonunun Aşağı Tala kəndində 1980-ci il təvəllüdlü Məmmədov Üzeyir Rəcəb oğluna məxsus “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.Hadisə nəticədə avtomobilin sürücüsü Ü.Məmmədov aldığı ağır bədən xəsarətlərindən yerindəcə keçinib.Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə etməklə avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR