Azərbaycanda ana oğluna görə qanunu pozdu

Azərbaycanda ana oğluna görə qanunu pozdu
Bütün Xəbərlər
18:15 16.01.2015
1165
Fakt üzrə araşdırma aparılır.
5 saylı CÇM-ə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin mətbuat mərkəzindən AZXEBER.COM-a verilən məlumata görə, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, anası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Camal Fəxrəddin oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlib.
Ağdaş rayon sakini Yeganə Lumu qızı Əliyevanın gətirdiyi sovqata baxış keçirilib.
Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində “Ana-bala” adlı yağ qabının içərisində gizlədilmiş 5 ədəd “Nokia” markalı mobil telefon aparatı və onlara aid 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR