Azərbaycanda arvadını və 2 azyaşlı övladını bıçaqlayan şəxs özünü öldürdü
Bütün Xəbərlər
12:23 13.07.2012
1185
Ötən gün saat təxminən 17:00 radələrində Ağcabədi rayonunda intihar hadisəsi baş verib. İşi araşdıran rayon Prokurorluğunun böyük müsəntiqi Şahin Şükürovun ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə Prokurorluğa saat 17:30 radələrində məlumat verilib.Belə ki, Ağcabədi rayon sakini 1988-ci il təvəllüdlü Elmin Quliyev yaşadığı evdə özünü asıb. O, ruhi xəstə kimi qeydiyyatda olub.