Azərbaycanda ata 20 yaşlı qızını asdı

Azərbaycanda ata 20 yaşlı qızını asdı
Bütün Xəbərlər
10:40 11.03.2012
3611
Şamaxı rayonunda ata öz qızını qətlə yetirib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 11-də gecə saat 3:30 radələrində Şamaxı şəhərinin M.Kazımov küçəsindəki 1 saylı mənzildə qeydə alınıb. Ev sahibi 1954-cü il təvəllüdlü Mirzəliyev Mirzəli Mahmud oğlu qızı 1992-ci il təvəllüdlü Mirzəliyeva Gülnarı kəndirlə boğaraq öldürüb.Şamaxıda qəssab işləyən M. Mirzəliyev yenicə ailə quran və həyat yoldaşından ayrılaraq atasının evinə qayıdan Gülnarı ailə-məişət zəminində baş vermiş mübahisəyə görə qətlə yetirdiyini etiraf edib.
OXŞAR XƏBƏRLƏR