Azərbaycanda ata ilə oğlu dəhşətli hadisənin qurbanı oldu

Azərbaycanda ata ilə oğlu dəhşətli hadisənin qurbanı oldu
Bütün Xəbərlər
10:21 02.12.2012
1352
Hadisə Kürdəmir rayonunun Qarabucaq kəndində baş verib
Ötən axşam Azərbaycanda ölümlə nəticələnən ağır yol qəzası baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kürdəmir rayonunun Qarabucaq kəndində (rayon mərkəzindən 12 km aralı) “VAZ-2107” markalı minik avtomobili ilə “KAMAZ” markalı yük avtomobili toqquşub. 
Qəza nəticəsində minik maşınının sürücüsü və avtomobildə olan şəxsiyyəti məlum olmayan sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər. Meyitlər xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə etməklə avtomobildən çıaxarılıb. 
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, həlak olanlar 59 yaşlı Musayev Əfqan Abduləhət oğlu və 30 yaşlı oğlu Vüsal Musayevdir.
Qəzadan sonra “KAMAZ”ın sürücüsü hadisə yerindən qaçıb. Hazırda onun axtarışı davam etdirilir. 
OXŞAR XƏBƏRLƏR