AZXEBER.COM "lent.az”a istinadla xəbər verir ki, hadisə "Aytac” şadlıq sarayında baş verib.
Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətdə olan polis əməkdaşları küçədən keçərkən mahnının səsini eşidiblər.
Hüquq-mühafizə orqanı əməkdaşları şadlıq evinə daxil olaraq, kriminal məzmunlu mahnının səsləndirilməsinə irad bildiriblər. Lakin 1 dəqiqə keçməmiş həmin musiqi yenidən səsləndirilib.
Məhkəmənin qərarı ilə bəyin atası 15 gün müddətinə inzibati qaydada həbs olunub.











































