Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO

Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO
SOSİAL
20:51 10.09.2026
41
Paytaxtın Suraxanı rayonu, Elzar Yusubov küçəsində, "Qərib Ağa Məscid”nin yaxınlığında təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

AZXEBER.COM xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən sürücülər Hövsan (MİDA) yolundan istifadə etməklə Zığ şosesi istiqamətində hərəkət edirlər. Nəticə etibarilə həm təmir, həm də bəzi sürücülərin yolun əks istiqamətinə çıxması səbəblərindən yolda nəqliyyat sıxlığı müşahidə edilir.

Hazırda yol polisi əməkdaşları yaranan sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görürlər.

OXŞAR XƏBƏRLƏR