Hacıqabul-Horadiz avtomobil yolunun 36-cı km-də, Yastıqobu kəndi ərazisində “Hyundai-Sonata” markalı avtomobil yoldan çıxaraq çökəkliyə yuvarlanıb.Qəza nəticəsində avtomobilin sürücüsü 55 yaşlı Qəzənfər Ağayev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb.Qeyd edək ki, 3 övlad atası olan Qəzənfər Ağayev uzun illərdir ki, İmişli-Muğan elektrik şəbəkəsinin müdiri vəzifəsində çalışırdı.//anspress



