Azərbaycanda avtomobil oğruları tutuldu

Azərbaycanda avtomobil oğruları tutuldu
Bütün Xəbərlər
12:30 23.03.2012
1171

Azərbaycanda avtomobil oğruları tutulub.

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-nə keçən gecə H.Babayev küçəsində Bakı şəhər sakini Kamil Əmrahova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Yalçın Xanməmmədov tutulub.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də İlkin Ağayevə məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Cəlilabad rayon sakini Vüsal Mehdiyev tutulub.

Həmçinin, martın 21-də Gəncə şəhəri H.Ə.Hüseynzadə küçəsindən Ağdam rayon sakini Seymur Əliyevə məxsus "VAZ-21214" markalı avtomaşın qaçırılıb.

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Hüseynov tutulub.

RPİ tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR