«Avtomobil yolları haqqında» qanuna dəyişikliklər edilib.
Azərbaycanda avtomobil yollarının istismarı ilə bağlı tətbiq edilən qadağalar açıqlanıb. Bununla bağlı «Avtomobil yolları haqqında» qanuna dəyişikliklər edilib. Sənəddə bildirilir ki, avtomobil yollarını korlayan konstruksiya elementləri olan, həmçinin tırtıllı nəqliyyat vasitələri ilə hərəkət etmək, xüsusi icazə olmadan iriqabaritli və (və ya) ağırçəkili yükləri avtomobil yolları ilə daşımaq, habelə nəqliyyat vasitələrini icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yükləmək, qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş yük nəqliyyat vasitələri ilə hərəkət etmək, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarını, yol örtüyünü çirkləndirmək, avtomobil yollarına kanalizasiya, sənaye və çirkli suları, habelə avtomobil yollarının suaparıcı qurğularından suyu axıtmaq və ya tullantıların atılması üçün istifadə etmək qadağandır. Bundan başqa, qanunda qəbul edilən digər qadağalar əsasən, yolların hərəkət hissəsinə yanacaq-sürtgü materialları, kimyəvi maddələr, bitum və beton axıtmaq, habelə daş, çınqıl, qum və ot tökmək, yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaratmaq və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yükləri yükləmək və ya boşaltmaq, respublika əhəmiyyətli avtomobil yolları ilə yay və qış otlaqlarına mal-qara aparmaq, avtomobil yollarının torpaq sahələrində mal-qara otarmaq, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranı keçirməyə icazə verilmir. Avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl etməmək, avtomobil yoluna və ya yolda yerləşdirən qurğulara müdaxilə etmək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkət edilməsi, yol örtüyünü və yolun mühəndisi konstruksiyasını zədələmək, avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaratmaq «Avtomobil yolları haqqında» qanunda göstərilən qadağalara aiddir