Gəncədə cinayət hadisəsi törədilib.
AZXEBER.COM-un DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, şəhər sakini Bəxtiyar İbrahimov münaqişə zəminində Əkbər Rzayevə balta ilə xəsarət yetirib. Hadisə dekabrın 30-da saat 01.15 radələrində törədilib. B.İbrahimov Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən tutulub.












































