Azərbaycanda banklara sanksiyalar tətbiq ediləcək

Azərbaycanda banklara sanksiyalar tətbiq ediləcək
Bütün Xəbərlər
16:47 14.01.2015
864
Azərbaycan Vergilər Nazirliyi banklara Amerika Birləşmiş Ştatlarının Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) üzrə bütün öhdəliklərin yerinə yetirilməsinə diqqətin artırılması barədə xəbərdarlıq edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə banklardakı mənbələr məlumat verib.
Xüsusilə, nazirlik hesablar və əməliyyatlar, həmçinin pul köçürmələri haqqında bütün lazımi informasiyanı vaxtında təqdim etməyi tələb edir. Daha dəqiq desək, banklar ABŞ rezidentləri hesabları haqqında vergilərlə bağlı nazirliyi məlumatlandırmalıdırlar.
Mənbənin qeyd etdiyi kimi, hansısa öhdəlik yerinə yetirilməsə və ya hesabatların verilməsi yubanarsa, banklara sanksiyalar tətbiq ediləcək.
Qeyd edək ki, banklarda müştərilərə hesab açılarkən, pul köçürmələri həyata keçirilərkən, depozit hesabı açılarkən və s. doldurulmaq üçün xüsusi blanklar (özünüqiymət anketi) verilməyə başlanılıb. Bu, ABŞ rezidenti olan fiziki şəxslərin müəyyən edilməsi məqsədilə edilir.
Bankların böyük itkiyə məruz qala biləcəyi [diqqətsizlik və ya başqa səhvlər] məsələsinin ciddiliyi nəzərə alınaraq, banklarda həmin öhdəliklərin yerinə yetirilməsi üçün rəhbərlik səviyyəsində ən azı sədr müavininin təyin edilməsi təklif edilib.
OXŞAR XƏBƏRLƏR