Naməlum şəxs və yaxud şəxslər bankomatı qaynaq aparatı ilə açmağa müvəffəq olublar.
AZXEBER.COM portalının "EL TV" telekanalına istinadən verdiyi məlumata görə, İsmayılı rayon İcra Hakimiyyəti başçısının birinci müaviniRəfael Əhmədovmediaya açıqlamasında bildirib ki, hadisə ötən gecə baş verib. Bankomatdan 70 min 600 manat pul aparılıb. Aparılan pul bankomata dünən günorta köçürülüb.Məlumata görə, bankomat rayon İcra Hakimiyyətinin Basqal kənd icra nümayəndəliyinin və kənd ATS-nin binasının birinci mərtəbəsində yerləşir. Naməlum şəxslər binanın qapısını sındıraraq içəri girib, laqunda kəsici aləti ilə kassanı kəsərək pulları çıxarıblar. Hadisə barədə bu gün səhər saat 7:00 radələrində xəbər tutulub.Faktla bağlı İsmayılı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır, saxlanılan yoxdur. Lakin ilkin istintaq hərəkəti kimi kəndin icra nümayəndəsi və ATS müdiri polis şöbəsində dindirilirlər.