Lənkəran rayon mərkəzi bazarında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin rəis əvəzi Saleh Ağayevin ANS PRESS-ə verdiyi məlumata görə, yanğın bazarda 2 köşkdə baş verib. Nəticədə meyvə-tərəvəz kül olub. Dərhal hadisə yerinə 2 yanğınsöndürən maşın və yanğınsöndürənlər cəlb olunub. Alov ram edilib. Yanğının yaylmasının qarşısı alınıb. Yanğının elektrik qısaqapanmasından baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.