Azərbaycanda belə məktəb var - FOTOLAR

Azərbaycanda belə məktəb var -  FOTOLAR
SOSİAL
21:00 17.03.2016
2891
“Rayonda məmurların başı onun-bunun əkin sahəsini, örüş yerini, fermasını əlindən alıb qohum-əqrəbasına peşkəş etməyə, ciblərini doldurmağa qarışıb. Təhsili düşünən yoxdur. Uşaqlarımızı harada oxudaq, bilmirik. Kənddəki məktəb yararsız vəziyyətdədir”.
Bunu azadliq.org-a Ağsu rayonunun Hacıqədirli kənd sakini İbrahim Mirzəyev deyib. O, bildirib ki, kənddə yeganə təhsil ocağı hesab olunan məktəb mal tövləsindən seçilmir. Fərq bircə ondadır ki, bu birmərtəbəli və bir neçə sinif otağından ibarət binada bir neçə parta və canını dişinə tutub kitab oxuyan şagirdlər var: «Məktəbin tavanı çökmüşdü, gətirib dikt taxtalar vurdular, o da çürüdü. Yağış uşaqların başına yağır. Məktəbdən çox tövləyə oxşayır. Odunu elə «sinif otağı» adlandırdıqları tövlənin bir küncünə yığırlar. Uşaqlar özləri odunu sobaya yığırlar, alışdırırlar, sinfi qızdırırlar. Uşağı məktəbə göndəririk, nigaran qalırıq. Uşaqlar məktəbdə odla oynayırlar. Evə qayıdanda geyimlərindən ocaq iyi gəlir».
Sakin Ədilə Qədimova: «O gün getmişəm, görürəm uşaq əlində maşa sobaya odun atır. 3-cü sinif şagirdidir. Mən evdə onu sobaya yaxın buraxmıram. Uşaqların həyatını təhlükəyə atırlar. Məktəb deyil, sanki taxtadan bir «budkadır». Alışsa, o uşaqların heç birini oradan salamat çıxarmaq olmaz. Uşaqların həyatı ilə oynayırlar. Ona görə də mən uşaqlarımı məktəbə buraxmağa qorxuram».
Ədilə xanım düz məktəbin pəncərəsinin altında qaz xətti olduğunu bildirir. Ancaq siniflərə qaz verilmir.
Bir neçə ibtidai sinif səhər növbəsində eyni sinif otağını bölüşməli olur. Bir parta arxasına azı 3, bəzən 4-5 şagird sığışmalı olur. Ədilə xanım: «1, 2, 3, 4-cü sinif şagirdləri eyni vaxtda, eyni sinif otağında yerləşdirilir. Eyni parta arxasında 2 stulda 4 şagird oturdurlar. Sizcə o uşaq dərs qavrayar?..».
Sakinin deməsinə görə, may ayı gələndə məktəbin döşəməsindəki deşikləri əski ilə doldururlar ki, sinif otağına ilan girməsin.
Məktəbdə işıq da yoxdur. Ona görə də qaş qaralana qədər dərsləri yekunlaşdırırlar ki, şagirdlər zülmət siniflərdə qalmasınlar.
Məktəblilərin başqa problemi də var. Kənd sakininin sözlərinə görə, üç övladı kənd məktəbində oxuyur. Hər səhər saat 6-da evdən çıxırlar, 5 kilometr yolu piyada gedirlər. Sakinlər icra hakimiyyətinə və bələdiyyəyə kəndiçi avtobus xəttinin açılması üçün müraciət ediblər. Ancaq müsbət cavab almayıblar.
Ağsu rayon İcra Hakimiyyətindən bildiriblər ki, Hacıqədirli kənd məktəbi yenidən qurulacaq. Bundan ötrü Təhsil Nazirliyi Nazirlər Kabinetinə müraciət edib. Qurumun dediklərindən belə çıxır ki, tezliklə valideynlər övladlarını məktəbə arxayın yola sala biləcəklər. Şagirdlərin həyatına qışda odun, maşa, istilər düşəndə qurd-quş qənim kəsilməyəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı