Azərbaycanda bir gündə iki intihara cəhd

Azərbaycanda bir gündə iki intihara cəhd
Bütün Xəbərlər
13:01 17.04.2015
615

DİN məlumat yaydı.

Dünən Azərbaycanda iki nəfər intihara cəhd edib.AZXEBER.COM Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, aprelin 16-da Sumqayıt şəhəri 6-cı mikrorayonun ərazisində şəhər sakini Tünzalə Xudiyeva intihar məqsədi ilə özünü dənizə atıb. O, polis əməkdaşları tərəfindən xilas edilib.

Həmin gün Sabirabad rayon sakini İnşallah Əlili Şirvan şəhərinin ərazisində körpüdən özünü Kür çayına atmağa cəhd göstərib. Cəhdin qarşısı Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR