Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün 09:00-dan 18:00-dək Qaradağ, Şamaxı, Füzuli, Xızı rayonlarının bir hissəsinə və Yevlax rayonunun Kövər kəndinə, saat 10:00-dan 13:00-dək Xaçmaz rayonunun bir hissəsinə, saat 10:00-dan 15:00-dək Abşeron və Xətai rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Eləcə də saat 10:00-dan 18:00-dək Ağstafa rayonuna, Qazax və Samux rayonlarının bir hissəsinə, saat 11:00-dan 14:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 11:00-dan 16:00-dək Samux rayonunun bir hissəsinə, saat 11:00-dan 17:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək isə Tərtər rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr olacaq.(TREND)