Azərbaycanda bu evdə baş verənlər hamını şoka salır - evdəki əşyalar öz-özünə yanır

Azərbaycanda bu evdə baş verənlər hamını şoka salır -  evdəki əşyalar öz-özünə yanır
Bütün Xəbərlər
14:40 25.12.2013
2921

Şəkinin Vərəzət kəndinin sakinləri təşviş içindədir. Həsənovlar ailəsində baş verənlər hər kəsin təəccübünə səbəb olub.

AZXEBER.COM Kanal S-ə istinadən xəbər verir ki, bir aya yaxındır evdə bilinməyən səbəblərdən yanğın hadisəsi baş verir.

Elektrik xətti kəsilmiş, mavi yanacağın olmadığı evdə yanğının baş verməsi eşidənləri, görənləri şoka salır.

Dekabrın 18-dən hadisələrin intensivləşməsi ailəni narahat etməyə başlayıb. Xüsusən də elektrik xətlərinin kəsilməsindən, odun sobalarının mənzillərdən çıxarılmasından sonra hadisələrin davam etməsi ianğında müəyyən müəmmalı məqamların olmasını göstərir.

Qeyd edək ki, yanğın həyətdə olan hər iki evin mənzillərində və çardaq hissəsində baş verir. Əvvəlcə ata-baba evi hesab edilən, təqribən 65-70 il öncə tikilmiş evdə qeydə alınan yanğın, sonralar yeni tikilidə də meydana gəlməyə başlayıb.

Bütün əşyaları yanaraq məhv olan ailə mənzillərdə keşik çəkməyə məcbur olur. Yanğının baş vermə səbəbinin bəlli olmaması isə nəinki ailə, hətta bütün kənd sakinləri üçün böyük müəmmaya çevrilib.

OXŞAR XƏBƏRLƏR