Azərbaycanda bu qəbiristanlığı kim və niyə yandırır? - VİDEO

Azərbaycanda bu qəbiristanlığı kim və niyə yandırır? - VİDEO
Bütün Xəbərlər
12:45 14.07.2015
906
Tovuz şəhər qəbirstanlığı hər gün eyni saatda müəmmalı səbəbdən yanır. Qəbirstanlığa yaxın yaşayan sakinlər isə deyir ki, alovun kimin törətdiyini bilə bilmirlər. Maraqlısı isə budur ki, alov qəbirlərə yaxın yerdə yandırılır. Qəbirstanlıq müəmmalı şəkildə yanır deyəndə bəlkə də bir çoxunuzun ağlına gözəgörünməz qara qüvvələr gəldi. Amma bizim qarşılaşdığımız bu fakt qorxulu filmlərin qəhrəmanları yox sapı özümüzdən olan baltalardır. Amma maraqlı fakt odur ki, bu vaxtadək heç kim müqəssiri nə tuta, nədəki görə bilib.
Digər müsahibim isə iddia edir ki, buranı yandıran elə ziyarətə gələnlərin özləridir.
Çəkiliş zamanı qəbirstanlığın digər tərəfinidə yenə də qəbirlərə yaxın yerdə quru otlar yandırıldı. Səs-küy düşdü biz əraziyə çatanadək alovun miqyası gənişləndi. Maraqlısı isə odur ki, heç kim alovun qarşısını almağa onu söndürməyə cəhd etmirdi. Yalnız yaxınlıqdakı bir ahıl kişi var idi ki, o da əlindəki bel ilə nəsə etməyə calışırdı. Quru otların yanmasından başlayan alov tez bir zamanda qəbirstanlığın bir hissəsinə yayıldı.
Nəticədə qəbir daşlarına və əraziyə ziyan dəydi. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri gəldi. Alovun qarşısını almaq mümkün oldu. Rayon sakinləri deyir ki, bu cür hadisələrin mütamadi olaraq təkrarlanmaması üçün qəbirstanlıqda gözətçilər olamlıdır. Əraziyə nəzarət etməli və baş verə biləcək hər hansı bir badbaxt və ya xoşagəlməz hadisə ilə bağlı aidiyyatı qrumları məlumatlandırmalıdır.
Onsuzda bədnam qonşularımız - ermənilər mütamadi olaraq işğal etdikləri torpaqlarımızda tarixi-mədəni abidələrimizi məhv edir,qəbirstanlıqları yandırırlar. Heç olmasa özümüz bu vandanlığın bir hissəsi olmayaq./// ttv.az
OXŞAR XƏBƏRLƏR