Mövcud dəyişiklik fonunda ən çox müzakirə olunan məsələlərdən biri də hansı vətəndaşların güzəştli şərtlərlə daha tez pensiyaya çıxmaq hüququna malik olmasıdır.
"Bununla yanaşı, ağır və zərərli əmək şəraitində çalışan şəxslər də güzəştli pensiya hüququndan istifadə edirlər. Bu peşələrin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənir və vaxtaşırı yenilənir ki, bu da daha çox vətəndaşın güzəştli şərtlərlə pensiyaya çıxmasına imkan yaradır.
Qanunvericilik eyni zamanda müəyyən xəstəlikləri olan şəxslər üçün də erkən pensiya hüququ nəzərdə tutur. Bu güzəştlər də Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən tətbiq edilir. Bəzi hallarda vətəndaşlar ümumi pensiya yaşından 12 ilədək daha tez pensiyaya çıxmaq hüququ əldə edirlər.
Hesab edirəm ki, güzəştli pensiya hüququnun genişləndirilməsi zamanı yalnız mövcud kateqoriyaların sayı deyil, sosial ehtiyac meyarları da nəzərə alınmalıdır. Xüsusilə tək yaşayan və sosial müdafiəyə daha çox ehtiyacı olan qadınların da güzəştli şərtlərlə beş il daha tez pensiyaya çıxmasına imkan yaradılması məqsədəuyğun olardı".
Deputat sonda qeyd edib ki, bir sıra Avropa ölkələrində qadınlar və kişilər üçün fərqli pensiya yaşının tətbiqi bu baxımdan müsbət təcrübə hesab edilir:











































