İnformasiya agentlikləri və xəbər saytları televiziyalar arasında ən çox Region TV-nin hazırladığı xəbərləri yayımlayırlar.
AZXEBER.COM xəbər verir ki, regionlardan və paytayt Bakıdan ən son məlumatları tamaşaçılara çatdıran televiziyanın hazırladığı xəbərlər internet mediya tərəfindən də istinadla yayımlanır.
Bu barədə məlumatı televiziyanın rəsmisi İsmayıl Həsənov söyləyib. O son iki ildə ölkənin aparıcı xəbər resurslarında Region TV-yə məxsus yüzlərlə xəbərlərin yayımlandığını bildirib:
“Son iki ildə ölkənin aparıcı xəbər resurslarında bizə istinadən yayımlanan xəbərlərin oxunma sayı hər ay üçün, ayrılıqda 2 milyonu keçir. Bu ciddi rəqəm, əməkdaşlarımızın fasiləsiz xəbər istehsalının və xəbərlərimizə xüsusi diqqət göstərən, internet mediada olan dostlarmızın əzimkar səyinin nəticəsidir. İnternet media resursları ilə sıx əməkdaşlıq bundan sonra da bizim üçün əsas prioritetlərdən biri olaraq qalacaq. Bütün uğurlarımızın arxasında üzdə görünən və görünməyən böyük bir komanda dayanır.Yeni sezonda gücləndirilmiş heyətimizlə hər şey daha da yaxşı olacaq”.